Mehman Hüseynovun saxlanacağı yer dəyişdirildi
Bu gün iki il müddətinə azadlıqdan məhrum edilən blogger Mehman Hüseynovun saxlanacağı yer dəyişdirilib.
AzNews.info -nun xəbərinə görə, bu barədə Lent.az-a onun yaxınları məlumat verib.
Mehman Hüseynov Şüvəlanda yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Xatırladaq ki, blogger CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Mənbə:> Lent.az