DİN Mehman Hüseynovu məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Media

DİN Mehman Hüseynovu məhkəməyə verdi

DİN Mehman Hüseynovu məhkəməyə verdi

Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Bu barədə virtualaz.org-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub.

Vəkil həmçinin bildirib ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi onlara verilmədiyi üçün məhkəmə iclasını təxirə saldıracaq.

Qeyd edək ki, bir müddət əvvəl Mehman Hüseynov polis tərəfindən saxlanılmışdı. Ona İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilmiş və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilmişdi.

Mehman Hüseynov məhkəmədən çıxan zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ona işgəncə verildiyini iddia etmişdi. DİN isə açıqlmasında bunun böhtan olduğunu qeyd edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *