Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb
Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 15-nə təyin edilib.
İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bir neçə gün əvvəl C.Hüseynov Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə:> Oxu.Az