Cavid Hüseynovun həbs müddəti uzadıldı
“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.
AzNews.info xəbər verir ki, bu barədə “Report”a onun vəkili Adəm Məmmədov məlumat verib.
O bildirib ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət edib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılıb.
Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdi.
Mənbə:> Report.az