“Qəbələ” Cavid Hüseynovun adının UEFA-ya göndərilməsinə aydınlıq gətirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Qəbələ” Cavid Hüseynovun adının UEFA-ya göndərilməsinə aydınlıq gətirdi

“Qəbələ” Cavid Hüseynovun adının UEFA-ya göndərilməsinə aydınlıq gətirdi


“Qəbələ” Cavid Hüseynovun adının “Panatinaikos”la oyun üçün sifariş olunması məsələsinə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, klub bu haqda rəsmi açıqlama yayıb.

Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

““Qəbələ” İdman Klubunun Avropa Liqasının pley-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qəti imkan tədbiri seçilmədən öncə göndərilib”.

Xatırladaq ki, “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində həbs edilib.

C.Hüseynov Cinayət Məcəlləsinin 307-ci maddəsinin 1 və 2 bəndləri ilə (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ittiham elan olunur. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *