Jurnalisti müalicə edən həkim istintaqa cəlb olundu » AzNews.info -Xəbər portalı

Jurnalisti müalicə edən həkim istintaqa cəlb olundu

Jurnalisti müalicə edən həkim istintaqa cəlb olundu


Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə ölən jurnalist Rasim Əliyevin əməliyyatını professor Saday Əliyev həyata keçirib.

AzNews.info xəbər verir ki, bu barədə "Report"a Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov məlumat verib.

Jurnalistin əməliyyatında iştirak edən həkim heyəti, o cümlədən professor Saday Əliyev istintaqa cəlb olunub. Belə ki, Bakı şəhər Prokurorluğunun müstəntiqi həkim heyətindən izahat alıb.

Professor Saday Əliyev "Report"a açıqlamasında müstəntiq tərəfindən dindirildiyini təsdiqləyib.

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *