Cavid Hüseynov məhkəmədə son söz dedi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Cavid Hüseynov məhkəmədə son söz dedi

Cavid Hüseynov məhkəmədə son söz dedi


Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynov son sözlə çıxış edib.

O, ifadəsində baş vermiş cinayət işindən xəbərinin olmadığını, özünü təqsirli bilmədiyini deyib və məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Proses mayın 31-də davam etdiriləcək. Həmin gün hökm elan olunacaq.

Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *