Duterte polisdə korrupsiya ilə mübarizəyə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Duterte polisdə korrupsiya ilə mübarizəyə başladı

Duterte polisdə korrupsiya ilə mübarizəyə başladı


Filippin prezidenti Rodriqo Duterte polisi korrupsiyadan təmizləmək üçün narkotiklərlə və narkomanlarla mübarizəni dayandırdığını elan edib.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

“Siz polislər, korrupsiyaya ən çox uğrayanlarsınız. Korrupsiya əsasınızdadır. Bu sizin sistemdir”, - Duterte Frans pressə bildirib.

Dutertenin sözlərinə görə polislərin 40%-ə yaxını qanunsuz fəaliyyətə cəlb edilib.

Duterte narkotik əleyhinə mübarizəsini polisin “təmizlənməsindən” sonra bərpa edəcəyini söyləyib. Onun sözlərinə görə, narkotiklərlə mübarizə Dutertenin prezident səlahiyyətlərinin bitəcəyi 2020-ci ilə qədər davam edəcək.

Dutertenin bəyanatı cənubi koreyalı iş adamı Çi İk Çunun oğurlanaraq qətlə yetirilməsindən sonra səslənib. Cənubi Koreya hökuməti iş adamının filippinli polislər tərəfindən öldürüldüyünü bəyan edib.

Filippinin milli polisinin rəhbəri Ronald dela Rosa bəyan edib ki, ölkənin narkopolisi təxris ediləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


А мне этот автомобиль понравился большле всех
-----

шиномонтаж

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *