ABŞ Cənubi Koreya ilə birgə təlimlərə başlayıb – FOTO
Təlimlərə 25 min Amerika və 50 min cənubi koreyalı hərbçi cəlb edilib.
ABŞ və Cənubi Koreya “Ulji Freedom Guardian” irimiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərin gedişatında Koreya yarımadasında “fövqəladə vəziyyət” yarandığı halda, KXDR-nın nüvə və raket obyektlərinə zərbələr endirməyi sınaqdan keçirəcəklər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, təlimlərə 25 min Amerika və 50 min cənubi koreyalı hərbçi cəlb edilib.
Manevrlərə Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Fransa, İtaliya, Filippin, Böyük Britaniya və Yeni Zellandiya nümayəndələri cəlb edilib.
Bu il avqustun 22-dən sentyabrın 2-nə qədər keçiriləcək “Ulji Freedom Guardian” təlimləri artıq KXDR-da tənqid atəşinə tutulub.
Koreya Xalq Demokratik Respublikasının milli ordusunun Baş qərargahının nümayəndəsi bəyan edib ki, Şimali Koreya hərbçiləri Cənubi Koreya və ABŞ silahlı qüvvələrinə nüvə zərbəsi endirməyə hazırdırlar. Bu, Şimali Koreya ərazisinə, su və hava sərhədləri üçün “kiçicik təhdid” yarandığı halda baş verəcək.
Mənbə:> Oxu.az