İki Koreya yüksək səviyyədə görüş barədə razılığa gəldi
Koreya yarımadasında vəziyyətin gərginləşməsini müzakirə etmək üçün Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) yüksək səviyyədə danışıqların aparılması barədə razılığa gəliblər. Bu barədə Reuters bildirib.
Oxu.Az xəbər verir ki, iki ölkənin liderlərinin ən yaxşı köməkçiləri arasında görüş Cənubi Koreya və KXDR-in sərhəddində yerləşən yaşayış olmayan Phanmuncom kəndində baş tutacaq.
Daha öncə Cənubi Koreya 11 il ərzində ilk dəfə ucadandanışma qurğularını işə salaraq Pxenyanın siyasətinə qarşı məlumatlar səsləndirib. Buna cavab olaraq Şimali Koreyadan atəş açılıb.
Hər iki tərəf sərhəd ərazilərdə yerləşən ordusunu tam hərbi hazırlıq vəziyyətinə gətirib.
Mənbə:> Oxu.Az