Kim Çen In ABŞ ilə müharibəyə hazırlaşır
KXDR lideri Kim Çen In xalq respublikasının “ABŞ və Cənubi Koreya ilə müharibəyə hazırlıq” adlandırdığı HHQ (Hərbi hava qüvvələri) təlimlərində iştirak edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Kim Çen In bu bəyanatı ölkənin şərq sahillərində Vonsan liman şəhəri yaxınlığında yerləşən Kalma hərbi bazasına səfərinin yekununda edib.
TSTAK (Şimali Koreyanın milli informasiya agentliyi –red.) agentliyinin “hərbi-hava yarışları” adlandırdığı təlimlər, 1950-1953-cü il Koreya müharibəsinin sonunda sülh haqqında razılaşmanın imzalanmasının 62-ci ildönümü münasibəti ilə keçirilib.
Təyyarəçilərin göstərisində iştirak edən Şimali Koreya baş qərargahının rəisi Ri Yon Gil, öz nitqində Koreya yarımadasının hal-hazırda 65 il bundan öncəki münaqişədən fərqlənməyən müharibə ərəfəsində olduğunu qeyd edib.
O, həmçinin ABŞ və Koreya respublikasını “yalan” və neqativ “hərbi isteriya”da ittiham edib.
TSTAK təlimlərin dəqiq nə zaman keçirildiyini bildirmir. Koreya müharibəsinin sona çatdırılması iyulun 27-də qeyd edilir.
Mənbə:> Oxu.Az