"Koreya günəşi"ndən daha bir qəribə qadağa
Şimali Koreya hökuməti Pxenyanda yaşayan əcnəbilərə qəribə xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən əcnəbilərə Şimali Koreya vətəndaşları ilə öz fləş kartlarının tərkiblərini paylaşmaq qadağandır.
Bu barədə Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinın xəbərdarlığında deyilir. Ölkə vətəndaşlarının böyük əksəriyyəti internetə və xarici məzmulu girişə malik deyillər. Bu halda onlar USB-nin köməyi ilə filmlərlə, musiqi ilə və ədəbiyyatla daim mübadilə edirlər.
Belə fləş kartlar kiçik olduğundan onları gizlətmək asan olur. Sənədin surətində deyilir ki, əcnəbilərə Pxenyana məlumat daşıyıcılarının istənilən növləri, həmçinin çap materialları, mobil telefonlar və yaddaş kartları gətirilməsi qadağan edilir.
Qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasına gələn bəzi əcnəbilər turizm obyektlərində "arzuedilməz məzmunlu" çap materialları və yaddaş kartlarını qoyur və ya onları Şimali koreyalılara verirlər.
Mənbə:> ANSPRESS