Duterte: Amerikaya gedərsəm, BMT-ni yandıracağam
Filippin prezidenti Rodriqo Duterte narkotik alverçiləri ilə mübarizə üsullarını tənqid etdikdən sonra BMT-ni yandıracağı ilə hədələyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə The Independent qəzeti məlumat yayıb.
“İstəsəniz BMT-ni yandıraram. Amerikaya gedərsəm, BMT-ni yandıracağam”, - nəşr Filippin başçısının Zamboanqa şəhərində hərbi bazada çıxışı zamanı dediyi sözləri sitat gətirib.
Qeyd edək ki, daha öncə dekabr ayında BMT-nin insan haqları üzrə komisarı Zeyd Raad əl-Hüseyn Filippin məhkəməsini Dutertenin Davao şəhərinin meri olarkən ən azı üç nəfəri güllələməsinə dair bəyanatı ilə əlaqədar araşdırma aparmağa çağırıb.
71 yaşlı Duterte bu ilin iyun ayının 30-dan Filippin prezidentidir. Dövlət başçısı olduğu andan etibarən ölkədə narkotik vasitələrin satışı ilə mübarizə kampaniyası başlayıb, kampaniyanın gedişatında minlərlə insan ölüb.
Daha öncə BMT-nin tənqidinə cavab olaraq Duterte Filippinin Beynəlxalq təşkilatın tərkibindən çıxacağını istisna etməmişdi.
Mənbə:> Oxu.Az