"ABŞ Rusiyanı vurmalıdır"
Rusiyaya qarşı gücdən istifadə etmək lazımdır, gücsüzlük nümayiş etdirməyin mənası yoxdur.
ANS PRESS-in məlumatına görə, bu barədə sabiq Pentaqon rəhbəri, Mərkəzi Kəşfiyyat İdarəsinin keşmiş direktoru Leon Panetta açıqlama verib.
Panetta təklif edib ki, ABŞ Ukrayna ordusunu ən müasir silahlarla təmin etməlidir ki, Rusiya bütün hərəkətlərinin əvəzini ödəsin.
Onun sözlərinə görə, Minskdə Ukrayna ilə bağlı əldə olunan atəşkəs razılığı uzunmüddətli olmayacaq: "Əgər Avropa Ukraynanı jəm iqtisadi, həm də hərbi yardımlar etməzsə, Ukraynada atəşkəs tezliklə pozulacaq. Rusiya öz gücünü başa düşür. Əgər Moskvanın gücünün qarşısına güc qoyulmazsa, Rusiya maraqları üçün əlindəki gücdən istifadə edəcək".
Panetta onu da bildirib ki, ABŞ dünyada super güc olduğunu nümayiş etdirməlidir.
Mənbə:> ANSPRESS