Ermənistan və Gürcüstan hərbi əməkdaşlığa dair razılığa gəldilər
Ermənistan və Gürcüstanın müdafiə nazirləri Vigen Sarkisyan və Levan İzoriya 2017-ci ildə əməkdaşlığa dair saziş imzalayıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan və Ermənistan müdafiə nazirlərinin arasında razılaşma Tbilisidə Sarkisyanın Gürcüstana ikigünlük səfəri zamanı imzalanıb. Əməkdaşlığın əsas istiqaməti müdafiə strategiyasının, tibb və polis sahəsində hərbi təhsil üzrə təcrübə mübadiləsi olacaq.
“Regional təhlükəsizlik, sülh ölkələrimizin marağındadır. Biz sülhün qorunması üçün hər şey edəcəyik. Bu gün biz gələn il üçün müdafiə sahəsində əməkdaşlığa dair planı imzaladıq. Bura müxtəlif aspektlər, o cümlədən də təhsil sahəsində əməkdaşlıq daxildir. Bu münasibətlərin gələcəkdə daha da möhkəmlənməsini istərdik”, - İzoriya bəyan edib.
Mənbə:> Oxu.Az