Zakir Həsənov Moskvada hərbi əməkdaşlığı müzakirə edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Zakir Həsənov Moskvada hərbi əməkdaşlığı müzakirə edəcək

Zakir Həsənov Moskvada hərbi əməkdaşlığı müzakirə edəcək


Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin üzv ölkələrinin Müdafiə Nazirlərinin Şurasının növbəti - 69-cu iclası baş tutacaq.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsi məlumat yayıb.

MDB ölkələrinin Müdafiə Nazirlərinin Şurası iclasda hava əleyhinə müdafiənin birləşmiş sisteminin inkişafı məsələsinə baxacaq, eləcə də əməkdaşlığın digər aspektlərini müzakirə edəcəklər.

Moskvada görüş zamanı MDB ölkələrinin müdafiə nazirlərinin qarşılıqlı fəaliyyətinin müxtəlif istiqamətləri üzrə iyirmidən çox məsələyə baxılacaq.

İclas iştirakçıları - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi nazirliklərinin rəhbərləri, eləcə də MDB-nin İcra Komitəsinin və MDB-yə üzv ölkələrin Müdafiə Nazirlikləri Şurasının katibliyinin nümayəndələridir. Moldova, eləcə də Ukrayna iştirakçılar sırasında yer almır.

“MDB-yə üzv ölkələrin 2015-ci ilə qədər hərbi əməkdaşlığı konsepsiyasının həyata keçirilməsinin yekunlarını nəzərdən keçirmək və 2016-cı il üçün iş planını hazırlamaq planlaşdırılır.

İclasın yekunlarına görə, hava əleyhinə müdafiənin birləşmiş sisteminin inkişafına, rabitə sisteminə, humanitar minaların zərərsizləşdirilməsi sahəsində qarşılıqlı fəaliyyətin inkişafına, hərbi kadrların təliminə, müştərək əməliyyat və hərbi tədbirlərin keçirilməsinə, eləcə də MDB formatında hərbi-idman tədbirlərinin keçirilməsinə dair qərarlar qəbul ediləcək”, - RF Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *