MDB ölkələrinin rəhbərləri Düşənbədə görüşəcəklər
MDB ölkələrinin rəhbərlərinin növbəti iclası oktyabrın 30-da Tacikistanda keçiriləcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin XİN-dən olan nümayəndəsi Abdulfayz Atoi bildirib.
“2015-ci ildə Tacikistan respublikası MDB ölkələrinin rəhbərlərinin yekun iclasını oktyabr ayının 30-da Düşənbə şəhərində keçirmək məsuliyyətini öz üzərinə götürüb”, - Atoi xatırladıb.
Onun sözlərinə görə, iclasda yaxın perspektiv üçün Birlik dövlətlərinin əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçiriləcək.
İclasa Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Azərbaycan və Belarus baş nazirlərinin də gələcəyi gözlənilir.
Proqrama müvafiq olaraq iclas iştirakçılarını oktyabrın 30-da Tacikistan prezidenti Emomali Rahmon qəbul edəcək.
Daha sonra iştirakçılar gündəmə daxil edilmiş məsələləri öncə dar, daha sonra isə geniş formatda müzakirə edəcəklər. İclasın yekunları barədə sənədlərin imzalanmasından sonra mətbuat konfransında açıqlanacaq.
Mənbə:> Oxu.Az