Azərbaycan və Tacikistan birgə bəyannamə imzaladı – VİDEO
Düşənbədə səfərdə olan prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimindən sonra Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü olub. Görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
ANS TV-nin məlumatına görə, geniş tərkibdə görüş Azərbaycan və Tacikistan arasında sənədlərin imzalanması mərasimi ilə başa çatıb. Əvvəlcə Prezidentlər birgə bəyannamə imzalayıb. Daha sonra hökumətlərarası sazişlər bağlanıb. Dövlət başçıları görüşdə çıxış ediblər.
Tacikistan Prezidenti Emoməli Rahmon deyib: "Tacikistan və Azərbyacanı qədim tarix mədəni əlaqlər birləşdirir. Əminəmki sizin səfəriniz xalqlarımız arasında münasibətlərin inkişafına yeni təkan verəcək. Əlbəttə bu səfər zamanı ikitərfli münasitəblərin mühüm istiqamətləri daha dərindən müzakirə oulunacaq. Ölkələrimiz arasında münasibətələr çox yaxşı inkişaf edir. İkitərəfli əmtəə dövriyyəsi artmaqdadır".
Prezident İlham Əliyev ölkələr arasında ikitəfli əməkdaşlığın potensialının daha da gücləndiriləcəyinə ümid etdiyini deyib: "Bizim aramızda möhkəm münasibətələr mövcuddur. Biz dostuq tərfdaşıq, bu səfər dostluq əməkdaşlıq səfəridir. Bu səfər iqtisadi əlaqələrin inkişafina fəal təkan verəcək”.
Mənbə:> ANSPRESS