Prezident görüş keçirdi
Prezident İlham Əliyev oktyabrın 16-da Tacikistanın baş naziri Koxir Rasulzoda ilə görüşüb.
AzNews.info-nun AzərTac-a istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
İlham Əliyevin bu səfərinin əlaqələrimizin daha da dərinləşdirilməsində böyük rol oynayacağı qeyd olundu.
Səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulandı.
Mənbə:> AzərTac