Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlıq edəcək
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, noyabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyində hər iki ölkənin Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin rəhbərliyi ilə keçirilən görüşdə mülki-hərbi əməkdaşlığa dair təcrübə mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Silahlı Qüvvələrdə mülki-hərbi əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.
Mənbə:> Oxu.az