Erməni qadın Bakıda jurnalist oldu
Bu yaxınlarda Bakıda sülhməramlı konfransda iştirak edən Ermənistandan olan hüquq müdafiəçisi və jurnalist Syuzan Caqinyan yaşamaq üçün Azərbaycanda qalır.
Haqqin.az informasiya-analitik portalın məlumatına görə, Caqinyan nəşrin ştat işçisi olub. Onun işinə Ermənistandakı hadisələri işıqlandırmaq daxil olacaq.
Məlumatda həmçinin qeyd edilir ki, Caqinyan Ermənistan vətəndaşlığından imtina etmək arzusunu bildirib və BMT-nin Azərbaycandakı nümayəndəliyinə onun siyasi qaçqın kimi tanınması üçün müraciət edib.
Ermənistan vətəndaşlığından imtinaya səbəbi kimi o, ölkəsində uzun illər ərzində müntəzəm olaraq haqlarının pozulmasını deyib.
Ermənistanda ona qarşı cinayət işi açılıb, əmlakı müsadirə edilib. Buna səbəb isə erməni məmurlarının korrupsiyaya uğramasına dair materiallar olub.
“Meridian” hüquq-mühafizə QHT sədr müavini Syuzan Caqinyan, noyabrın 8-də Bakıya “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və tənzimləmə perspektivləri. Ermənistan və azərbaycandan baxış” adlı beynəlxalq konfransda iştirak etmək üçün gəlib.
Onunla bərabər Bakıya daha iki erməni hüquq-müdafiəçisi Vaqe Avetyan və Vaan Martirosyan da gəlib.
Azərbaycan tərəfini konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri Rövşən Rzayev, Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov, “İctmaiyyətlə əlaqələrin inkişafına dəstək” İB sədri Şəlalə Həsənova təmsil ediblər.
Mənbə:> Haqqin.az