Bakıya sığınan erməni haqda şok - FAKTLAR
ANS PRESS-in məlumatına görə, Vaan Martirosyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi üzrə günahlandırılır. Şikayətçi kimi məhkəməyə Vaan Martirosyanın yaxın tanışı olan tərcüməçi, elmi işçi Ruzan Marquni müraciət edib. Həmçinin Vaan Martirosyan barədə axtarış elan edilib.
Ermənistanın Birinci İnformasiya portalına müsahibə verən Ruzan Marquni bildirib ki, Vaan Martirosyan və arvadı bir həftə onun evində yaşayıblar. Ümumiyyətlə, Ruzan Marquni Vaan Martirosyanı yarım il qabaq hüquq müdafiəçisi kimi tanıyıb. Həmin vaxt Vaan zorlanmış bir qadının hüquqlarını müdafiə edirmiş. Qadının dediyinə görə, avqustun 20-də ona müraciət edən Vaan arvadı ilə döyüldüyünü, küçədə qaldıqlarını bildirib, bir neçə gün onun evində qalmağı xahiş edib.
Üç gün Ruzan Marquninin evində qalan Vaan özünü çox mədəni aparıb, evdəki dolabların qapılarını təmir edib. Ruzan evinin açarlarını da Vaan Martirosyana veribmiş. Ruzan Marquni iddia edir ki, Vaan Martirosyanla arvadı evini tərk edən gün o, şəhərdə imiş. Gələndə görüb ki, yoxdurlar. Dərhal pullarını yoxlayıb. Ruzan dolabdakı 5 min dolların 4 min dollarının götürüldüyünü iddia edir. Qadın həmin pullarla atasının Əştərək şəhərindəki məzarının üzərində heykəl düzəltdirəcəyini bildirib. Daha sonra Ruzan Marquni polisə müraciət edib.
Ruzan Marquni - Vaan Martirosyandan şikayət etmiş qadın
Qadın Vaanın rəsmi atasının və anasının doğma övladı olmadığını deyib. Ruzanın iddiasına görə, anası bir dəfə məsələ barədə müsahibə veribmiş və bu, Vaanı çox əsəbiləşdiribmiş. Vaan hətta Ruzanla söhbətində təqiblərdən yaxa qurtarmaq üçün Azərbaycandan sığınacaq istəyəcəyini bildiribmiş.
Görünür, elə bu məsələ Ruzan Marquninin polisə erməni polisinə müraciət etməsinə səbəb olub. Böyük ehtimalla, qadın Vaan Martirosyanın Azərbaycana sığınmasından sonra böyük təzyiqlərlə üzləşəcəyindən qorxub. Buna görə polisə müraciət edib, daha sonra oğurluq ssenarisi qurulub və sentyabrın 9-da Vaan Martirosyan barədə axtarış elan edilib.
Sentyabrın 18-də Bakıda mətbuat konfransı keçirmiş Vaan Martirosayanın dedikləri hətta Serj Sarkisyana müxalif olan erməni mətbuatına belə narahat edib. Məsələn, Birinci İnformasiya portalı Vaan Martirosayanın Bakıda erməni xalqını, Ermənistan hakimiyyətini və Ermənistan ordusunu gözdən salan çıxışlar etdiyini bildirib.
Əlbəttə, Martirosyan indiyə kimi heç bir erməninin etiraf etmədiyini bildirmişdi. Onun dediyinə görə, Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək: "Şuşaya milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur. Qalanlar yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır."
Vaan Martirosyanın bu cür gerçəkləri etiraf etməsi özünə və ailəsinə qarşı edilən təzyiqlərlə bağlıdır. Özünün dediyinə görə, bu il avqustun 12-də Serj Sarkiyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mher Sedrakyanın cangüdən və qohumları öz evində ona və ailəsinə hücum ediblər. Hücum nəticəsində Vaan yaşlı anasının və 2 yaşlı oğlunun gözü qarşısında vəhşicəsinə döyülüb, nəticədə, hamilə həyat yoldaşı Karina Qasparyan uşaq salıb. Bundan sonra Vaana və anasına təzyiqlər başlayıb ki, məsələni açmasın. Daha sonra Ermənistan İstintaq Komitəsi ona qarşı cinayət işi başlayıb və o, Ermənistanı tərk etməyə qərar verib.
Əslində, Bakıya gələn Vaan Martirosyan Bakıya gəlməklə həyatını xilas edib. Əks halda, Serj Sarkisyanın quldurları onu dünyanın istənilən ölkəsindən geri gətirərək divan tuta bilərdi. Azərbaycandan üçüncü ölkəyə gedəcək Vaan bundan sonra istər-istəməz həmin ölkənin xüsusi xidmətləri tərəfindən qorunacaq.
Vaan Martirosyanı erməni xalqının iyirmi beş illik fasilədən sonra Bakıya yolladığı ilk sülh elçisi də saymaq olar. “Miatsum” paranoyasının təzyiqindən qoxan başqa siyasilərdən fərqli olaraq Vaan gerçəkləri etiraf etməyə çəkinmir. Ola bilər ki, nə zamansa erməni mühitində Vaan kimi düşünən gənclər aparıcı qüvvəyə çevriləcək və erməni xalqına əzabdan başqa heç nə bəxş etməmiş Qarabağ münaqişəsi ədalətli həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət statusunu əldə edən Qarabağ erməniləri həm də öz müqəddaratlarını həll etmək hüququ qazanacaqlar. Hələ ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan erməni vətəndaşları bu hüquqlardan məhrumdurlar. İşğalçı Ermənistan ordusu Qarabağ ermənilərini artıq 25 ildir ki, heç bir hüququ olmayan qula çevirib.
Mənbə:> AZXEBER.COM