Erməni hərbçinin təskinlik çıxışı
Rusiyanın Azərbaycana silah satışı xırda məsələdir, buna görə Moskva-İrəvan münasibətləri zərər görməməlidir.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan bildirib. Onun sözlərinə görə, Rusiya silah satmasa, Azərbaycan silahı ABŞ, Almaniya və Fransadan ala bilər.
“Ermənistan ictimaiyyəti doğrudan narahatdır, insanlar anlamır ki, niyə dost Rusiya bizim düşmənimizi silahlandırır? Amma başa düşmək lazımdır ki, siyasət nəsə fərqli şeydir və ona səthi yanaşmaq olmaz”, - deyə Şirxanyan bildirir.
Son bir neçə gündə işğalçı Ermənistan ordusu qoşunların təmas xəttində 20-dən çox əsgərini itirib. Bu, ölkə əhalisində ciddi qorxu yaradıb. Dünən İrəvanda əsgər anaları Serj Sarkisyanın administrasiyası ətrafında etiraz mitinqi keçirərək Ermənistan vətəndaşlarını Azərbaycan ərazilərində həlak olmasına aydınlıq gətirilməsini istəyiblər.
Mənbə:> ANSPRESS