Ermənistanı üsyan bürüyür
Ermənistanda "Talana son" şüarı ilə keçirilən böyük etiraz aksiyası ölkəni bürüyür.
ANS PRESS-in məlumatına görə, azadlıq meydanına yığışaraq hökümətin istefasını tələb edən minlərlə sakinəə Gümrüdən də dəstək gəlib. Bu barədə “Şirak kentron” qeyri-hökumət təşkilatının sədri Vaan Tumasyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirib.
Polisin hədələrinə məhəl qoymayan nümayişçilər zorakılıqla qarşılaşacaqları halda etiraz dalğasının böyüyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanda minlərlə etirazçı elektrik enerjisi qiymətlərinin artmasına qarşı çıxırlar.
Mənbə:> ANSPRESS