Erməni hüquq müdafiəçisi: Qarabağda referendum keçirilsə, ermənilər Azərbaycanın tərkibində qalmağa səs verər
”Qarabağı Artsax yox, Kolumbiya adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir”.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində “Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı paneldə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib.
O bildirib ki, Qarabağda əhali iki yerə ayrılıb: “Bunların biri elitadır və oyuncaq Dağlıq Qarabağ prezidentinin ətrafında olan insanlardır. Əhalinin əksəriyyəti isə acınacaqlı durumdadır. Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcək. Onların suyu, ərzağı yoxdur”.
Yazıçı-publisist və ictimai xadim Vahe Avetyan isə bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və Ermənistan burada sülhməramlı qismində çıxış etməlidir: “Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində də rol oynaya bilər”.
Mənbə:> APA