Süzan Caginyan Azərbaycan xalqından üzr istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Süzan Caginyan Azərbaycan xalqından üzr istədi

Süzan Caginyan Azərbaycan xalqından üzr istədi

Süzan Caginyan bildirib ki, sabah Xocalı soyqırmı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.

"Mən Xocalıda törədilən hərbi cinayəti qınayıram və Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyirəm", - erməni jurnalist və ictimai xadim deyib.

* * *15:21

Caqinyan bildirib ki, onun Bakıya gəlişi Serj Sərkisyana sillədir. “Sərkisyan erməni xalqını çürüdür. Sərkisyan prezident deyil, işğalçıdır. O və Köçəryan 2008-ci ildə erməni xalqına qarşı genosid törədiblər”-erməni jurnalist deyib. Caqinyan Ermənistanı geridə qalmış Afrika ölkəsi ilə müqayisə edib.

Jurnalistin bildirdiyinə görə, onu Ermənistanda ölmüş elan ediblər və hətta bu barədə arayış da veriblər. “Mənə, sağ adama ölüm haqda arayış veriblər. Mən bu barədə uzun müddət xəbər tutmamışam, əlimdə keçərli pasportum var. Mən Sərkisyanı tənqid etdim, o isə mənə qarşı təqibərə başladı. Əvvəlcə məni ölü elan etdilər, sonra terrorçuluqda günahlandırdılar. İndi məni necə günahlandıra bilərlər ki, Azərbaycana gəlmişəm? Axı mən ölüyəm”-Caqinyan deyib.

Erməni jurnalist bildirib ki, Ermənistan hakimiyyəti onu xalqın qalan hissəsi kimi ac-susuz qoyub. “Mən haqqin.az-a yazmağa başlayan kimi təzyiqlərin yeni dalğası başladı”-o deyib.

Caqinyana görə Qarabağda sülhə ən böyük maneə Sərkisyandır. Ona görə də Azərbaycan torpaqlarının işğalı haqda sualları ona vermək lazımdır. “Sülhün əldə olunmasını istəməyən kimsə sual ona ünvanlanmalıdır”-Caqinyan bildirib.

* * *14:55

Erməni jurnalist və ictimai xadim Süzan Caginyan onun düşdüyü vəziyyətə biganə qalmamış azərbaycanlı həmkarlarına minnətdarlıq edib.

“Mən haqqin.az-a müraciət ünvanladım, çünki bütün erməni KİV, müxalifyönümlü nəşrlər də daxil olmaqla, müraciətimi dərc etməkdən imtina etdilər. Həmin müraciətimdə mən insanlıq əleyhinə olan Sarkisyan rejiminin hüquqlarımı pozmasından yazmışdım. Azərbaycanlı həmkarlarım isə bunu dərc etdilər və problemimi dünya ictimaiyyətinə çatdırmaqda yardımçı oldular”, - Bakıdakı Beynəlxalq mətbuat mərkəzində keçirilən mətbuat konfransında Caginyan deyib.

O qeyd edib ki, jurnalistdir və siyasətçi deyil. Süzan Caginyan əlavə edib ki, Sarkisyan rejimi ölkədə bütün başqa cür düşünənləri əzir, mülki və insan hüquqlarını pozur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *