Erməni jurnalisti polislər zorladı
Ermənistanda polis əməkdaşları jurnalist Qayan Arustamyana qarşı zorakılıq tətbiq ediblər.
ANS PRESS-in məlumatına görə, erməni mətbuatı yazıb ki, bununla əlaqədar olaraq cinayət işi qaldırılıb.
Jurnalist Qayan Arustamyan bununla bağlı bəyanat verib. Ölkənin Xüsusi İstintaq Xidmətində polis əməkdaşlarının zor tərbiq etməsi, öz vəzifə səlahiyyətlərini aşması faktları ilə bağlı cinayət işi açılıb.
Xatırladaq ki, Arustamyan bir həftə öncə polisi təhqir etdiyi üçün polisə gətirilib. O, azad olunduqdan sonra bildirib ki, dindirilmə zamanı mən təcavüz və zorlama ilə üzləşdim. Bundan sonra cinayət törətməyim haqqında mənə xəbərdarlıq etdilər.
Mənbə:> ANSPRESS