Vyanada erməniləri ermənicə salamlayan azərbaycanlı jurnalist kimdir? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Media

Vyanada erməniləri ermənicə salamlayan azərbaycanlı jurnalist kimdir?

Vyanada erməniləri ermənicə salamlayan azərbaycanlı jurnalist kimdir?



ANS PRESS-in məlumatına görə, hadisə Ermənistanı təmsil edən “Genealogy” qrupunun keçirdiyi mətbuat konfransında baş verib.

Özünü tam yox, yalnız “Azərbaycandan Rəşad” kimi təqdim edən jurnalist ermənicə “barev, Hayastan”, yəni “salam, Ermənistan” deyib.

Jurnalist daha sonra qrupun üzvü İnqa Arşakyana üz tutub və ikinci dəfə “Eurovision”a qatılmaqla özünü necə hiss etdiyini soruşub. İnqa da qayıdıb ki, bəs, 2009-cu ildə bacısı Anuşla çıxış edəndə həyəcanlı imiş, amma indi qrup üzvü kimi qorxmur. “Genealogy”nun 6 üzvündən yalnız İnqa Ermənistanda yaşayır, qalan dörd üzvü erməni olsa da müxtəlif qitələrdə yaşayırlar. Meri Cin O'Doerti isə ümumiyətlə avstraliyalıdır.

amma məsələ bunda deyil. Məsələ ondadır ki, Ermənistan Bakıda 2012-ci ildə “Eurovision” mahnı yarışmasına qatılmadı, bunun üçün cərimə ödəsə belə, bizim tədbiri tanımadığını bildirdi. Amma hansısa “Rəşad from Azərbaycan” ermənicə “barev, Hayastan” deyərək, erməni komandasına xal qazandırır. Görəsən, “Rəşad from Azərbaycan”ı bu tədbirə göndərən təşkilatçılar niyə ona bu gerçəyi anlatmayıblar?

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *