İlham Əliyev neftin qiymətləri üzrə proqnoz verdi
“Bakı neftin qiymətlərinin dəyişməsində risk görmür, neftin bir bareli 2017-ci ilin dövlət büdcəsində 40 dollar hesablanıb”.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev RİA Novosti-yə verdiyi müsahibədə bildirib.
Azərbaycanın dövlət başçısı hesab edir ki, 2017-ci ildə neftin qiyməti bir barel üçün 40 dollardan aşağı düşməyəcək, amma onun qiymətinin 60-70 dollara qədər yüksəlməsi hamı üçün sərfəli olardı.
Mənbə:> Oxu.az