Texas neftinin qiyməti 42 dollara düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Texas neftinin qiyməti 42 dollara düşdü

Texas neftinin qiyməti 42 dollara düşdü


“Morgan Stanley” analitikləri neftin qiymətinin 2017-ci ildə 70-80 dollar/barelə qədər yüksələcəyini təxmin edirlər.

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşır.

Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,11% azalaraq bir barelə görə 44,82 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin (Texas nefti) qiyməti 1 barelə görə 0,12% ucuzlaşaraq 42,87 dollar təşkil edib.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 44,91 və 43,23 dollar təşkil etmişdi.

Xatırladaq ki, ABŞ-ın maliyyə xidmətləri şirkəti “Morgan Stanley” analitikləri isə bildirir ki, neftin qiymətləri 2017-ci ilin ortasından sonra 70-80 dollar/barelə qədər yüksələcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *