Neftin gələcək qiyməti ilə bağlı – PROQNOZ
Qiymətlərdə “saat”lı bomba effekti olacaq.
2017-ci ildə neftin qiymətlərinin 57 dollar səviyyəsində olması gözlənilir.
Oxu.Az xəbər verir ki, 2016-ci ilin əvvəlində neftin qiymətləri son on iki ilin ən aşağı səviyyəsində qərarlaşıb. Son aylarda isə qiymətlərdə bahalaşma müşahidə edilirdi, ancaq bu proses ABŞ-da ehtiyatların artımı xəbərindən sonra azalmağa başlayıb.
WTI (Texas nefti) iyunun əvvəlindən bu yana 22% aşağı dəşərək 40 dollar səviyyəsinə enib. Ancaq analtiklər neftin bahalaşma ehtimalı ola biləcəyini proqnozlaşdırır. Belə ki, “Bloomberg”in sorğusuna qatılan 20 analitikin proqnozlarına görə, neftin orta qiymətləri 2017-ci ildə 57 dollar səviyyəsində olacaq.
“Deutsche Bank”ın analitiki “Michael Hsueh”ə görə isə neftə olan tələbin dağılması zaman alacaq, bu isə qiymətləri mərhələli olaraq aşağı salacaq:
“Tarazlığa gəlmək üçün çox yavaş bir prosesdən keçən bazardan danışırıq. Neftin qiymətləri növbəti il 53 dollar səviyyəsində qərarlaşacaq və istehsalda azalma isə 2018-ci ildə müşahidə ediləcək”.
“Wood Mackenzie”in baş analitiki Simon Flowers isə bildirir ki, aşağı neft qiymətlərinin fonunda neft şirkətlərinin xərcləri 2020-ci ilə qədər bir trilyon dollara çatacaq. Amma bununla belə, neftin qiymətinin yüksək həddə çatmasına səbəb ola biləcək “saat”lı bomba mövcuddur.
Onun sözlərinə görə, 2015-ci ildə sutkada 4,5 milyon barel rekord səviyyəsinə çıxan istehsalın 2017-ci ildə dibi görünəcək, amma gələcək on ildə isə qiymətlər iki qat bahalaşacaq.
“ABN Amro”nun enerji üzrə mütəxəssisi Hans Van Cleef isə qeyd edir ki, Brent neftinin qiyməti növbəti il 70 dollar səviyyəsində qərarlaşacaq.
Mənbə:> Oxu.az