OPEK: Neftin qiymətləri 100 dollardan aşağı qalacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

OPEK: Neftin qiymətləri 100 dollardan aşağı qalacaq

OPEK: Neftin qiymətləri 100 dollardan aşağı qalacaq

“Uzunmüddətli perspektivdə”.

Neftin qiymətləri uzunmüddətli perspektivdə 100 dollardan aşağı qalacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) bildirib.

“Hazırda bazarda tələb gözləniləndən çox olduğuna görə, cari qiymətlərdə yüksəliş müşahidə olunacaq”, - deyə təşkilatın məlumatında deyilib.

Dekabrın 23-də açıqlanacaq “Dünya Neft Hesabatı 2015”dən qısa bir hissə çap etdirən OPEK neft səbətinin 2020-ci ildə bir barelə görə 70 dollar olacağını, 2040-cı ildə isə qiymətin 95 dollar/barel olacağı proqnozlaşdırıb.

Ötən il aparılan proqnozlara görə, OPEK 2040-cı ildə öz neftinə tələbin ildə 1 milyon barel/sutka artaraq, 40,7 milyon barel /sutka olacağını qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *