Nazir: Dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürüləcək
2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 25 dollardan götürüləcək.
AzNews.info xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, dövlət büdcəsinə dəyişiklik ediləcək.
S. Şərifov buna səbəb kimi dünya bazarlarında neftin qiymətlərinin dəyişməsini göstərib.
Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsi təsdiq edilən zaman neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub.
Mənbə:> ANSPRESS