BMT komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

BMT komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

BMT komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunacaq


BMT-nin dövlətlərin insan hüquqları üzrə əsas beynəlxalq razılaşmalardan birini - Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) nə dərəcədə həyata keçirməsinə nəzarət edən İnsan Hüquqları Komitəsinin növbəti iclası oktyabrın 17-dən noyabrın 4-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu dəfə komitə Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya, Azərbaycan və Mərakeşlə bağlı məsələləri müzakirə edəcək.

Azərbaycanla bağlı müzakirələr oktyabrın 20-21-də keçiriləcək.

Müzakirə olunacaq ölkələrin hökumətlərinin rəsmi hesabatlarından savayı, qeyri-hökumət təşkilatlarının nümayəndələri dinləniləcək və fiziki şəxslərin məlumatlarına baxılacaq.

Xatırladaq ki, BMT-nin İnsan Haqları Komitəsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarına uyğun olaraq yaradılıb. Komitə on səkkiz ekspertdən ibarətdir və dövri olaraq paktı imzalayan ölkələrdə mülki və siyasi hüquqların həyata keçirilməsi üzrə vəziyyəti, bu hüquqlardan istifadə etməklə əldə edilən tərəqqini nəzərdən keçirir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *