İnsan alveri hesabatı MM-də
Azərbaycan Milli Məclisinin növbəti iclası aprelin 3-də keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun ANS PRESS-ə verdiyi məlumata görə, iclasın gündəliyinə 23 məsələ və əlavə olaraq İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabat daxildir.
İclasda bir çox qanunlara dəyişiklik məsələlərinə baxılacaq. Gündəliyə daxil olan məsələlər sırasında "Polis haqqında", "Uşaq hüquqları", "Əmək pensiyaları", "Məhkəmə və hakimlər" və bir sıra digər qanunlara dəyişikliklər var", - deyə Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, "Reklam haqqında qanun layihəsi" ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Bundan başqa, iclasda yeni "Kənd təsərrüfatında informasiya məsləhətləri xidməti" haqqında yeni qanun müzakirəyə çıxarılacaq.
Mənbə:> ANSPRESS