Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrası mexanizmi dəyişdirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrası mexanizmi dəyişdirilir

Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrası mexanizmi dəyişdirilir


İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir.

Oxu.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi hazırlanıb.

Qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına daxil edilib.

Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə qurumun üzvüdür.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *