Böyük Britaniya Türkiyədəki səfirliyini bağladı
Britaniyanın Türkiyədəki səfirliyi təhlükəsizlik tədbirlərinə görə, cümə günündən bağlanılacağına dair məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində dərc edilmiş bəyanatda deyilir.
Heç bir təfərrüat açıqlanmayıb.
Türkiyədə yerləşən bir çox xarici nümayəndəliklər kimi Böyük Britaniyanın səfirliyi də sentyabrın 12-dən 15-nə qədər Qurban bayramı münasibəti ilə konsul xidmətləri göstərmirdi. Diplomatik missiya cümə günü açılmalı idi.
Bu ərəfədə Almaniya KİV-i ölkənin Türkiyədəki diplomatik nümayəndəliyinin həftə sonuna qədər bağlı olacağına dair məlumat yaymışdı. Səbəb Almaniya XİN-in hazırlanan terror aktları barədə aldığı siqnallar idi.
Mənbə:> Oxu.az