Belçika Türkiyədəki səfirliyini bağladı
Belçika Brüsseldə törədilən terror aktlarından sonra Türkiyədəki səfirliyini və baş konsulluğunu bağlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliklərin işinin dayandırılmasının səbəbi açıqlanmır. “CNN Turk”-ün məlumatına görə, diplomatik nümayəndəliklərin müsahibə aparılması, viza verilməsi və digər növ fəaliyyəti iki günlük dayandırılıb.
Son rəsmi məlumata görə, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Mənbə:> APA