İsveçin Türkiyədəki səfiri XİN-ə çağırıldı
Türkiyə hakimiyyəti İsveçin ölkədəki səfirini Türkiyədə, guya ki, qəbul edilən “razılıq yaş həddinə” görə XİN-ə çağırıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
KİV-in məlumatına görə, Vyana aeroportunda sətirlə verilən xəbərlərdə, Türkiyədə 15 yaşından kiçik uşaqlarla cinsi əlaqələrə icazə verildiyi barədə məlumat gedib. Bu məlumat yalnız Türkiyə XİN-in müdaxiləsindən sonra silinib. Qeyd edilir ki, İsveçin Türkiyədəki səfiri hadisə ilə əlaqədar XİN-ə çağırılıb.
Avqustun 14-də daha öncə münaqişələrdə seksual təcavüzlə mübarizə üzrə BMT-də daimi nümayəndə olan, İsveçin XİN rəhbəri Marqot Vallstrem, “Tvitter”də Türkiyədə 15 yaşından kiçik uşaqlara cinsi əlaqəyə qərarın ləğv edilməsinin mütləq olduğunu yazıb.
“Xarici işlər nazirinin “Tvitter”də yalan xəbərlərə əsaslanan məlumat paylaşması qalmaqaldır”, - Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib və qeyd edib ki, İsveçin Ankaradakı səfriliyi nazirliyə çağırılıb.
Mənbə:> Oxu.Az