27 yaşlı müsəlman qız İsveçin təhsil naziri oldu – VİDEO+FOTO
Aida Hadzialik İsveçin təhsil naziri seçilib. Bu xanım ölkə tarixində seçilən ən cavan nazir oldu.
İnterAz xarici mətbuata istinadən xəbər verir ki, Aidə İsveçə ailəsilə Bosniya və Hersoqovinadan gəlib. O zaman onun 5 yaşı var idi. İlk dəfə vəzifəyə gələndə Aidanın 23 yaşı olub.
İsveçdə yaşayan müsəlmanlar artıq xanımın nazir seçilməsi xəbərinə çox sevinir.
Qeyd edək ki, İsveçin 10 milyon əhalisindən 500 mini müsəlmanlardır. Miqrantların bu ölkəyə gəlməsi isə, son zamanlar müsəlmanların sayını xeyli artırıb. Əlavə edək ki, Aida özü miqrant ailəsindəndir və hər zaman miqrantların hüquqlarının qorunması ilə gündəmdə olub.
Mənbə:> İnterAz - Aysel Zahidqızı