Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır » AzNews.info -Xəbər portalı

Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır – FOTO

Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır


Bu gün Nyu-York şəhərində yerləşən “Leila Heller” Qalereyasında (568 West 25 Street) azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” (“Passing By…”) adlı fərdi sərgisi açılır. Sərgi iyulun 3-dək davam edəcək.

Oxu.Az-a daxil olan məlumata görə, bu qalereya Yaxın Şərq və Orta Asiyanı təmsil edən müəllifləri müasir incəsənət (art) məkanında dünyada tanıtmaq, dəstəkləmək, təbliğ etmək missiyalarını yerinə yetirir.

“Yaddaş mənim işimin materialıdır”, – deyən Aida Mahmudova özünün incəsənət əsərlərində dəqiq təhlil apararkən tez-tez bu ifadəni işlədir.

Rəssamın əsərlərinin mərkəzində onun yaddaşı - bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daim dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi dayanır. Aida Mahmudova bu barədə belə deyir:

“Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir. Onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər mənzərə daim dəyişən arxa plandakı sabitlik anını əks etdirir”.

.Bu sərginin məhz 28 May - Respublika Günündə açılması da rəmzi məna daşıyır. Doxsan yeddi il əvvəl Yaxın Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılıb. O günün şərəfi və əzəməti tariximizə qızıl hərflərlə yazılıb. Bu barədə danışan Aida Mahmudova deyib:

“Çox şadam ki, mənim sərgim bu fərəhli günə təsadüf edib”.

Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır
Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır
Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır
Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır
Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 19 avqust 2015 13:12
  • Yazan: Sameer
Aleks spasibo za stytau !! Aleks a vi zanimaetes realtorskoi deyatelnostyu tolko v Calgari ili ?? Mi skoro s mujem i detmi pereezjaem v Reginu mojete chtonibu posovetovat? toest zaranee smotret doma po internetu ili po priezdu? ili mojet chto nibud posovetuete?? Spasibo!!!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *