Keşişin qızı müsəlman oldu
İsveçli bir keşişin qızı islam dinini qəbul edib.
AZNEWS.INFO xəbər verir ki, ANS PRESS-in məlumatına görə, İsveçin Upsala şəhərində yaşayan bir keşişin Cennika Sendi adlı qızı islam dininin müqəddəs kitabı hesab edilən Qurandan təsirlənərək müsəlman olmağa qərar verib.
İsveçin SVT dövlət televiziyası həmin ailə haqqında xüsusi xəbər hazırlayıb. Onlar xristian bir ata ilə müsəlman bir qızın eyni evdə necə hörmət, sevgi və anlayış içində yaşadıqlarını çəkib göstəriblər.
25 yaşlı Cennika xristian təhsili alsa da Quranı oxuyarkən özünü yaxşı hiss etdiyini, daha sonra atasının ona qibləni göstərməkdə köməkçi olduğunu bildirib.
Qızının dinini dəyişərək islama keçməsini əvvəlcə fərqli qarşılayan Sunnersta kilsəsinin baş keşişi Rabbe Sendi sonralar bu vəziyyətə öyrəşdiyini, qızının seçiminə hörmətlə yanaşdığını qeyd edib.
Mənbə:> ANS PRESS