Azərbaycan və İsveç ikiqat vergitutmanı aradan qaldırdı
“Azərbaycan hökuməti ilə İsveç hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya” imzalanıb.
Oxu.Az xəbər verir ki, konvensiyanın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsveçin xarici işlər naziri Marqot Vallström imzalayıblar.
Qeyd edək ki, ötən gün axşamdan Bakıda səfərdə olan İsveçin xarici işlər naziri M.Vallström Elmar Məmmədyarovla əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətləri ilə geniş formatda görüşüb.
Mənbə:> Oxu.Az