İsveçin XİN başçısı Azərbaycana gəlir
İsveçin xarici işlər naziri Margot Vallström Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat İsveç XİN-nin rəsmi saytına yer alıb.
Bildirilir ki, Vallström Bakıya fevralın 10-da, Cənubi Qafqaz ölkələrinə regional səfəri çərçivəsində gələcək.
Bakıya birgünlük səfər çərçivəsində M.Vallström ölkə rəhbərliyi ilə görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, eləcə də Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığı müzakirə edəcək.
Qeyd edək ki, bu, Vallströmün Azərbaycana ilk rəsmi səfəridir.
Mənbə:> Oxu.Az