ABŞ-dan xəbərdarlıq: “Türkiyəyə getməyin”
ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlarına müraciət edib.
Axar.az xəbər verir ki, səfirlik yeni terror hadisələrindən ehtiyatlanaraq amerikalıların Türkiyəyə gəlməməsini məsləhət görüb.
“ABŞ-ın Ankara səfirliyi bütün rəsmi ABŞ işçilərinin və onlara bağlı şəxslərin bu andan etibarən yeni xəbərdarlığa qədər Türkiyədə hər cür siyasi nümayiş, əhalinin sıx olduğu yerlərdən uzaq durması üçün xəbərdarlıq edir. 10 oktyabrda Ankaranın mərkəzində keçirilən və təxminən 100 adamın ölümünə 200-dən çox adamın yaralanmasına səbəb olan terror hücumlarının hər hansı bir xəbərdarlıq olmadan baş vermə ehtimalı var”, deyə müraciətdə bildirilib.
Mənbə:> Axar.az