Rusiya öz vətəndaşlarına xəbərdarlıq etdi: “ABŞ rus ovuna çıxıb”
AzadXeber.az-ın ans press-ə istinadən məlumatına görə, XİN-nin yaydığı bəyanatda deyilir ki, ABŞ hakimiyyəti bu ölkənin qanunlarını pozmaq ittihamı ilə rusların ovuna çıxıb. Ona görə də vətəndaşlarımız xarici ölkələrə səfərə gedərkən ehtiyatlı olsunlar.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Vaşinqton rusların "oğurlanması" ilə məşğuldur: "Buna nümunə kimi bu il Hollandiyadan ABŞ-a verilən Vladimir Drinkmanı misal çəkmək olar. ABŞ bununla beynəlxalq qanunları pozur."
Xatırladaq ki, V.Drinkman kibercinayətkarlıqda ittiham olunur
Mənbə:> Virtualaz.org