Olimpiyadanın ƏN KƏDƏRLİ qızıl medalçısı – FOTO
Şimali Koreyadan olan bu idmançı Braziliyada keçirilən Olimpiya Oyunlarında nəinki qızıl medal, həmçinin ən kədərli idmançı titulunu qazanıb.
FaktXeber.com-un xarici KİV-lərə istinadla verdiyi məlumata görə, ölkəsinin tarixində üçüncü qızıl alan gimnast olmasına baxmayaraq Li Seqvan göz yaşlarını zorla saxlayıb, onun üzündən isə kədər axıb.
Jurnalistlər hesab edirlər ki, idmançının belə qüssələnməyinə səbəb azad dünyanı görəndən sonra Pxenyana qayıtmas perspektivi olub.
Medianın belə düşünməsi əsassız deyil. Belə ki, Şimali Koreyadan olan olimpiyadaçılar Braziliyaya rəsmi nümayəndələrin ciddi nəzarəti altında gəlmişdilər. Bildirilir ki, hətta onlara hədiyyə olunan Samsung telefonları da xarici aləmlə əlaqə saxlamaq qorxusundan müsadirə edilibmiş.
Qeyd edək ki, Olimpiyadanın çoxsaylı sponsorlarından biri olan Cənubi Koreyanın Elektronika istehsalçısı Marakana stadionunda açılış zamanı 11200 idmançının hamısına smartfon hədiyyə etmişdi. Şimali Koreyanın Olimpiya Komitəsi smartfonları qadağan edib və öz yığmasına turistik məkanları gəzməyə, həmçinin başqa idmançılarla rabitə qurmağa izn verməyib.
Mənbə:> Faktxeber.com