Suriyada Rusiya əsgəri öldürüldü
Rusiyalı hərbi qulluqçu Əsgər Bijoyev Suriyada döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kabardin-Balkar respublikasının başçısı Yuri Kokov öz Instagram səhifəsində məlumat verib.
“Rusiya prezidentinin fərmanı ilə Bijoyev ölümündən sonra “Cəsarət ordeni” ilə təltif edilib. Mükafat onun valideynlərinə təqdim olunub”, - Kokov yazıb.
Bildirilir ki, Bijoyev mayın 24-də Suriyada Rusiya hərbi bazasının atəşə tutulması zamanı həlak olub.
Qeyd edək ki, bununla da, Suriyada həlak olan rusiyalı hərbi qulluqçularının sayı 20-ə çatıb.
Mənbə:> Oxu.Az