Suriyada məşhur komandan öldürüldü
Suriyada "Ahrar aş-Şam" qruplaşmasının komandanı öldürülüb. ANS PRESS-in məlumatına görə, onunla birlikdə daha dörd hərbi komandir həlak olub.
"Axrar aş-Şam" müxalifətin ən böyük silahlı qruplaşmalarından biridir.
Hadisə kamikadzenin özünü İdlib əyalətinin Banç qəsəbəsində "Ahrar aş-Şam" qruplaşmasının qərargahı qarşısında partlatması nəticəsində olub.
"İslam 1" ləqəbi ilə məşhur olan İslam Abu Hüsey qruplaşmasının komandanı olub. Olay nəticəsində ona yaxın şəxs yaralanıb.
İlkin məlumata görə, kamikadze skamyalarda oturan insanların yanından velosipedlə keçərkən partlayıcı qurğunu aktivləşdirib. İslam Abu Xusey və yanında olan dörd hərbi komandir hadisə yerində həlak olub.
"Ahrar aş-Şam" "Şabihi" və "Hizbullah"qruplaşması ilə birgə Bəşər Əsəd hökumətinin ordusuna qarşı müharibə üçün birləşdirilmiş briqadalardan biridir. "Ahrar aş-Şam" həmçinin rejimə qarşı mübarizə aparan ən böyük müxalifət silahlı qruplaşmalarından biridir.
Mənbə:> ANSPRESS