Suriyada təyyarə qəzaya uğradı: 35 nəfər həlak oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Suriyada təyyarə qəzaya uğradı: 35 nəfər həlak oldu

Suriyada təyyarə qəzaya uğradı: 35 nəfər həlak oldu


Suriya HHQ-nin qəzaya uğrayan təyyarəsi İdlib əyalətinin şimali-qərbində yerləşən Ariha şəhərindəki bazara düşərkən ən azı 35 nəfər həlak olub və 150-dən çox adam yaralanıb. Qəzanın səbəbi hələlik məlum deyil.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Arihi rayonunda ekstremistlərin mövqelərini bombardman edirdi.

Suriya hökuməti hadisə barədə şərh vermir, ekipajın taleyi haqqında da məlumat yoxdur.

Ariha islam hərəkatının koalisiyası tərəfindən 2015-ci ilin may ayında zəbt edilib. Rejimin əksinə olanların müvəffəqiyyətləri prezident Bəşər Əsədi ilk dəfə Suriya ərazisini nəzarət altında saxlaya bilmədiyini etiraf etməyə məcbur edib.

2015-ci ilin yanvarında İdlib əyalətində Suriya HHQ-nin İl-76 nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 35 nəfər hərbçi həlak olub. Rəsmi versiyaya görə, ekipaj əlverişsiz hava şəraitində idarəetməni itirib, amma “Əl Qaidə” ilə əlaqədar olan “Cabhat ən-Nusra” qruplaşması təyyarənin DZRK (Daşınan zenit raket kompleksi) ilə vurduğunu bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *